Menu

"Rüstəm Muradovu general-mayor Mixail Kosobokov əvəz edə bilər" - KİV

07.09.2021, 15:15
"Rüstəm Muradovu general-mayor Mixail Kosobokov əvəz edə bilər" - KİV

Qarabağdakı Rusiya sülhməramlı kontingentinin yeni komandanı general-mayor Mixail Kosobokov ola bilər.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, onun bu vəzifədə general-mayor Rüstəm Muradovu əvəz edəcəyi gözlənilir.

M.Kosobokov Cənub hərbi dairəsinin 58-ci ümumqoşun ordusunun komandanının müavini vəzifəsində çalışıb. Daha əvvəl isə Abxaziyadakı Rusiya hərbi bazasına da rəhbərlik edib.

Qeyd edək ki, rotasiya qaydalarına görə, Rüstəm Muradovu Cənub hərbi dairəsinin komandan müavini Aleksey Avdeyevin əvəz edəcəyi deyilirdi.

Şərhlər

TARIX 2021-09-07 16:39:48

AYININ MİN OYUNU VAR BİR ARMUDUN ÜSTÜNDƏ.İLANIN AĞINA DA QARASINADA LƏNƏT.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol