İKİ ERMƏNİ ƏSİR İRƏVANA GÖNDƏRİLİB - Cəmil Babayev Azərbaycana təhvil verilib

Bu gün göyərtisində erməni əsirlərin olduğu təyyarə Bakıdan İrəvana uçub. 

Bu barədə "Sputnik-Ermənistan" xəbər verir. Təyyarədə iki əsirin olduğu bildirilir. Erməni KİV-lərinin xəbər verdiyi kimi, bunun qarşılığında erməni tərəfi Azərbaycana əsir Cəmil Babayevi təhvil verib.

Əsirlərin mübadiləsi Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanı Rüstəm Muradovun iştirakı ilə baş tutub.

Qaytarılan hərbçilərin adları məlumdur. "Sputnik-Armenia" xəbər verir ki, bu Artur Nalbandyan və Aramais Torozyandır.

Erməni tərəfinin məlumatına görə, onlar iyulun 14 -də Azərbaycanın Laçın rayonunun Qaragöl gölü yaxınlığında əsir götürülüb.

635x100

Şərhlər

Hafiz 2021-09-08 21:11:42

Bir nəfər 1 nəfərlə (,o da səbəbdən asılı olaraq) dəyişdorolə bilər.Bu ümümdünya təcrübəsidir.Bəs bizimkilər niyə bu qədər canfəşanlıq göstərirlər.Bundan qabaq da 25-38 nəfəi azad etdiər.Bu ayı xidməti deyilmi?

Azer 2021-09-08 09:44:53

2 esiri niye verirsiz? 1 esire 1 esir, hansi zamana qeder humanist olacayig?

vətəndaş 2021-09-07 21:43:07

Cəmil Babayev ermenistan ərazisində əsir dusmuyub axı

Son yazılar