Menu

Türkiyədə yol qəzasında 18 nəfər yaralanıb

07.09.2021, 23:13
Türkiyədə yol qəzasında 18 nəfər yaralanıb

Türkiyənin Kayseri-Niğde yolunda mikroavtobusla yük maşınının toqquşması nəticəsində 18 nəfər yaralanıb. "Report" bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

Məlumata görə, qəza "Həyat" bazarının yaxınlığında baş verib. Qəzada yaralananlar meyvə-tərəvəz satışı ilə məşğul olan satıcılar olub.

Yaralılardan 5-nin vəziyyəti ağırdır.

Polis hadisənin səbəblərini araşdırır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol