Menu

AFFA rəsmisi Avropa Liqası oyununa təyinat alıb

07.09.2021, 23:45
AFFA rəsmisi Avropa Liqası oyununa təyinat alıb

AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov UEFA-dan növbəti dəfə təyinat alıb. 

"Report"un məlumatına görə, o, Avropa Liqasının qrup mərhələsinin I turunda keçiriləcək “Lokomotiv” (Moskva, Rusiya) – “Marsel” (Fransa) oyununda UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, qarşılaşma sentyabrın 16-da Rusiyanın paytaxtı Moskvadakı “Lokomotiv” stadionda baş tutacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol