Menu

“Azərbaycan və Ermənistan arasında dialoqa ehtiyac var” - Şarl Mişel

08.09.2021, 15:01
“Azərbaycan və Ermənistan arasında dialoqa ehtiyac var” - Şarl Mişel

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel və Rusiyanın prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Ş.Mişel tvitter hesabında yazıb.

O bildirib ki, söhbət zamanı Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması ilə bağlı perspektivlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, tərəflər arasında etimadın yaradılmasına və dialoqa ehtiyac var.

Ş.Mişel Aİ-nin Ukrayna və Gürcüstanın ərazi bütövlüyünə dəstək də ifadə edib.

Tərəflər həmçinin Əfqanıstandakı vəziyyəti də nəzərdən keçiriblər.

Şərhlər

Eli 2021-09-08 15:54:40

Ay Avropa İttifaqı Şurasının sedri Mişel mğellim nes 30 il Sizin hörmetli MQ ne ile meşğul idi neticesi oldu?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol