Menu

YAP-dan Ramiz Göyüşovun əxlaqsız görüntülərinə reaksiya

08.09.2021, 19:13
YAP-dan Ramiz Göyüşovun əxlaqsız görüntülərinə reaksiya

“Sosial şəbəkələrdə yayılmış Ramiz Göyüşovun heç bir əxlaqi normalara sığmayan videogörüntüləri ilə bağlı böyük təəssüf hissi keçirir və hiddətlə qınayaraq bildiririk ki, onun YAP Binəqədi rayon təşkilatının sədri kimi səlahiyyətlərinə cari il iyunun 30-da keçirilmış hesabat konfransında artıq xitam verilib”.

Bunu “Report”un sorğusuna cavab olaraq Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elməddin Quliyev deyib.

O bildirib ki, YAP Binəqədi rayon təşkilatının yeni sədrinin təyinatı ilə yanaşı, R.Göyüşovun ümumiyyətlə partiya sıralarından xaric edilməsi məsələsinə isə YAP İdarə Heyətinin 10 sentyabr tarixində keçiriləcək iclasında baxılacaq.

Şərhlər

Qulu 2021-09-08 20:09:51

Qazandığını qazanıb, keyfini o ki var çəkib. İndi YAP onun nəyinə lazımdır..Əli Əhmədov başda olmaqla İcra katibliyi YAP- a yığılan pulları bölüşdürməyə başları qarışdı deyə butun yerli təşkilatların ofisləri belə yaramazlıqlarla məşgul idi. Çünki oralar hər baxımdan rahat və " təhlükəsiz" idi....

Fəqan Rzayev 2021-09-08 20:09:01

YAP üzvlərinn (əxıaqsızlıq,büdcə oğurıuğu,rüşvət,özbaşınalıq və bukimi əəllər) yaramaz davranış və cinayətlərinə görə biabırçılıqlara son vermək üçün özünü qapatmalıdır.Bu qədər biabırçılıq qarşısında fəaliyyət göstərməkdə davam etmək bağışlanılmazdır.e

Mail 2021-09-08 20:03:27

Ramizin belə hərəkətlərini əvvəlki icra katibliyinində bilirdilər və görməzliyə vururdular

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol