Menu

Suriyada Rusiya hərbçisi həlak olub

10.09.2021, 00:33
Suriyada Rusiya hərbçisi həlak olub

Suriyada humanitar yardımla dolu avtomobil karvanının partladılması nəticəsində bir rus hərbçi həlak olub. "Report" xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hadisə ölkənin Homs əyalətində olub. Bomba quraşdırılmış avtomobilin karvana yaxınlaşması nəticəsində partlayış baş verib. Əvvəlcə ağır yaralanan Rusiya hərbçisi sonradan dünyasını dəyişib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol