Ötən gün bir çox vilayətdə ümumilikdə, 10-a yaxın virusa yoluxma halları aşkarlanıb
Türkiyədə MERS - Yaxın Şərq Tənəffüs Sindromu virusu ilə əlaqədar təhlükə daha da böyüyüb.
ANS PRESS-in məlumatına görə, ötən gün Samsun, Balıkəsir, Qars, Ağrı, Biləcik və Dənizli vilayətlərində, ümumilikdə, 10-a yaxın virusa yoluxma halları aşkarlanıb.
Xəstələrdə ürək bulantısı, baş ağrısı və yüksək tempratur müşahidə olunub.
Xəstələr müxtəlif vilayətlər üzrə müvafiq xəstəxanalara yerləşdiriliblər.
Sözügedən xəstələr bir müddət əvvəl Həcc ziyarətindən qayıdan insanlardır.


Şərhlər