Menu

Türkiyə Silahlı Qüvvələri daha 9 terrorçunu zərərsizləşdirib

11.09.2021, 17:51
Türkiyə Silahlı Qüvvələri daha 9 terrorçunu zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalındakı “Pençe-Kaplan” bölgəsində keçirdiyi antiterror əməliyyatı nəticəsində terrorçu PKK-nın 9 silahlısı zərərsizləşdirilib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin tviter səhifəsində bildirilib.

“Əməliyyatlarımız sonuncu terrorçu zərərsizləşdirilənədək davam edəcək”, - açıqlamada qeyd olunub.

Xatırladaq ki, “Pence-Kaplan” antiterror əməliyyatı Türkiyə daxilində və terrorçuların daha çox düşərgə saldığı İraqın şimalında keçirilir. Əməliyyat 2019-cu il mayın 28-də başlayıb.

Şərhlər

Niyaməddin 2021-09-12 03:34:50

Əliniz, qolunuz var olsun, igid Türki əsgərləri! Gəbərdin namussuzları! Allah sizə yar olsun!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol