Azərbaycanın torpaqlarını işğaldan azad etmək istiqamətdə apardığı müharibə ədalətlidir.
Bunu yəhudilər də, xristianlar da, müsəlmanlar da, ateistlər də yaxşı bilir. Qarabağın Azərbaycana aid olduğu da bütün dünyaya gün kimi aydındır. Ermənistanın Cənubi Qafqazda yaradılması, mövcudluğu, missiyası, işğalçı və pozucu davranışı da sirr deyil.
Deməli, Cənubi Qafqazın bu iki dövlət arasındakı mübarizə xeyirlə şərin savaşına oxşayır. Azərbaycan tərəfi bir qayda olaraq xeyir işlər görür, regionda təhlükəsizlik, əməkdaşlıq üçün ardıcıl addımlar atır. Ermənistan isə bölgənin təhlükəsizliyini təhdid edən davranışları, niyyətləri ilə şəri dəstəkləyir, ona xidmət edir.
Cənubi Qafqazın təhlükəsizlik və sabitlikdə region dövlətləri, o cümlədən İran da maraqlı olmalıdır.
Ancaq 44 günlük müharibədən əvvəl İranın Ermənistana etdiyi yardımlar bunun əksini düşünməyə vadar edir. Yumşaq desək, regionda sabitliyi İslam Respublikasında istəməyənlər var.
Çünki işğalçının öz şər niyyətini həyata keçirmək üçün xarici dəstək Cənubi Qafqazda təhlükəsizliyin təhdid edilməsidir. Bu yolla Ermənistana xeyirə qarşı çıxmaq üçün dəstək verilir.
Bu il iyulun 11-dən avqustun 8-dək İslam respublikasına məxsus 4-ü yük, 31 benzin daşıyan olmaqla 35 maşın 70 dəfə Azərbaycanın Laçın rayonundakı dəhlizə giriş və çıxış edib. Avqustun 11-də İranın səfiri Seyid Abbas Musəvi Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim olunub.
Caliber.az-ın əldə etdiyi və bu gün mətbuatda geniş işıqlandırılmış məlumata görə, avqustun 11-dən sentyabrın 10-dək 58 yük maşını müxtəlif təyinatlı yüklə, əsasən, yanacaq-sürtkü materialı ilə Xankəndinə girib. Bir müddət sonra onların 55-i geri qayıdıb. Həmin avtomobillərin də İrana məxsus olduğu müəyyən edilib. İranlılar və ermənilər bu maşınlara Ermənistan qeydiyyatlı dövlət nömrə nişanı qoymaqla qarşı tərəfi aldatmağa cəhd göstərsə də, “xoruzun quyruğunu” gizlədə bilməyiblər.
Bununla da İran Ermənistana Azərbaycan ərazisində şər əməllər törətməsinə dəstək vermiş olur.
Belə bir şəraitdə Qafqazın Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin və məlum “fətva” məsələsində onu dəstəkləyənlərin səsi çıxmır. Niyə Şeyx müdafiə etdiyi İran lideri ayətullah Seyid Əli Xameneiyə şəri dəstəkləyənlərə qarşı tədbir görülməsi ilə bağlı müraciət etmir?
Heç bir əsası olmadan İranın ali rəhbərinin “fətva” verdiyini iddia edən Allahşükür Paşazadənin İranı bu əməllərinə görə tənqid etdiyini görən belə olmayıb.
Yeri gəlmişkən, İran İnqilabından sonra sonuncu dəfə fətvanı ayətullah Ruhulla Xomeyni 1989-cu il fevralın 14-də Salman Rüştü barəsində verib. Ondan sonra belə bir şəri hökm çıxarılmayıb. Belə bir şəraitdə “din siyasətdən ayrıdır” kimi əsassız iddia ilə çıxış edən də tapılar.
Öz dövlətinin maraqlarını qorumaq və müdafiə etmək, indiki halda “Qarabağa yük daşımayın” demək siyasət deyil, adi vətəndaşlıq borcudur. İslam dininə görə “Vətəni sevmək imandandır”.
İmanlı və təqvalı olaq.
Sədrəddin Soltan


Şərhlər
Azərbaycan xalqı 88-cı ildəki kimi xainləri süpürüb atmalidır Allah böyükdür Yoxsa şəhidlərin ruhu bizi bağişlamaz
Bele bir adamın qarabağlının,şirvanlının, şekilinin, bakılının, lenkeranlının,naxçıvanlının, gencelinin ... dini ve imanına ağsaqqallıq etmesi millet üçün təhqirdir....
Narahat olmayın, İran bizə "DOST" ölkədir, inanmırsınızsa ŞEYXDƏN soruşun və məsələ bir fətva ilə düzələcək...
Maraqlidi , sheyx bilirmiki , milletin ondan zehlesi qedir ?
Rus, fars, erməni bunlar türkün düşməni! Təbriz, Bakı, Ankara biz hara farslar hara! İran dövlətinə lənət olsun! Amin!
bu məqalələrlə ölmüşləri niyə dirildirsiniz? 2 il idiki bu bəndənizin adı Mazana qərışıb itib-batmışdı da
Bunun belə işlrə vaxtı və həvəsi nar? Adam gəlirlərini aymaqla məşğuldur.Bir söz odo dedi .Ağlı olsa idi söyləməzdi,nəticəsini düşünərdi.
Biz də başlıqdakı bu müraciətə qoşuluruq!
Facie ondadır ki dövletinde hakimiyyetde esasan farsların olduğı bu müselman ölkesinde 40 million azerbaycan türkü olmadına baxmayaraq öz çıx millionlu vetendsşlarının dili bir dini bir qardaşlarına bele düşmen münasibet çox şeyden xeber verir:demek isteyir ki,bu fars molla rejimi ay azerbaycanlılar biz sizin düşmeniniz ermenilerin qardaşıyıq.Yeni bunu başqa bir adı da varmı?İkincisi de ermeni-fars-molla rejimi dünyaya göstermek isteyir ki baxın azerbaycanlılar buna layiqdir.Farslar yüz iller İrana azerbaycan türklerinin -Sefevilerin.Efşarların,Qacarların reblerlik etmelerini hezm ede bilmeyib onun intiqamını slırlar özü de çıx şerefsiz ve nakişi formada yeni adlarına layiq formada.