Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 52 386 doza peyvənd vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə peyvənd olunanların sayı 18 108, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 34 278 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 7 609 940, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 507 038, ikinci mərhələ üzrə peyvənd olunanların sayı isə 3 102 902 təşkil edir.


Şərhlər