Menu

“Tədris digər dillərdə aparılan siniflərdə Azərbaycan dili üzrə saatlar artırılıb” - Nazir

12.09.2021, 22:07
“Tədris digər dillərdə aparılan siniflərdə Azərbaycan dili üzrə saatlar artırılıb” - Nazir

“Tədris başqa dillərdə olan siniflərdə Azərbaycan dili fənninin tədrisinin artırılması nəzərdə tutulub”.

"Report" xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev "Real TV"yə müsahibəsində deyib.

"Bu o anlama gəlməsin ki, başqa tədris dillərinin əleyhinəyik. Yenə də ölkəmizin milli adət-ənənələri, dəyərləri şagirdlərin təlim və tərbiyəsində əsas meyar olmalıdır. Bu nöqteyi-nəzərdən tədris digər dillərdə aparılan siniflərdə Azərbaycan dili fənni üzrə saatlar 2 dəfə artırılıb. Məqsədimiz dilimizi daha yaxşı öyrənməkdir. Hesab edirəm ki, cəmiyyətimiz bunu yaxşı qarşılayacaq", - deyə nazir əlavə edib.

Şərhlər

Mirzə Qafarlı 2021-09-13 08:18:48

Cənab Nazir, bu tip mütərəqqi addımlarınızı alqışlayırıq.

t.ədalət 2021-09-13 00:16:08

Biz rus dilinin əsarətindəyik....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol