Menu

"İran bizə din qardaşı deyir, Xankəndinə yük daşıyır" - Sabir Rüstəmxanlı

12.09.2021, 23:04
"İran bizə din qardaşı deyir, Xankəndinə yük daşıyır" - Sabir Rüstəmxanlı

“İran bizə din qardaşı deyə-deyə daim Ermənistanın yanında olub, bununla bağlı bir çox faktlar var. Baxmayaraq ki, İranın rəsmiləri Azərbaycan təmsilçiləri ilə görüşəndə başqa mövqe sərgiləyir, ərazi bütövlüyünü dəstəklədiklərini deyirlər. Amma həqiqətdə belə deyil".

"AzPolitika" xəbər verir ki, bunu Xalq şairi, deputat Sabir Rüstəmxanlı modern.az-a açıqlamasında deyib.

O qeyd edib ki, ermənilər bizim bəzi mülkləri İrana satırdı:

"Ən ağır tərəfi İranın özünün də müsəlman ölkəsi olmasıdır. Müsəlman ölkəsi sayılan İranın gözü qabağında Azərbaycanın məscidləri dağıdılıb, təhqir edilib. Buna görə də İranın mövqeyi bəllidir, Xankəndinə yüklər daşıyırsa, biz buna təəccüblənməli deyilik.

Ruslar da bu məsələdə ikibaşlı olmalı deyil. Birmənalı şəkildə bura Azərbaycan ərazisidir, kimsə ərazimizə girirsə, mütləq bizdən icazə almalıdır. Sülhməramlılar sülh adı altında yeni quldur-terrorçu qruplaşdırması yaratmamalıdır”.

Şərhlər

esger 2021-09-13 11:13:03

Bu sözlər şairin, ya da deputatın sözləridir. Mənə qəlir şairindir, çünki deputat bunu Milli Məclisdə deyər

Roma 2021-09-13 09:14:59

"Narahat olmağa dəyməz, bir Fətva ilə hər şey düzələcək, ikihürgüclü dəvənin boynu kimi"...sitatı gətirdim Şeyxülislamdan!!!...

Mirzə Qafarlı 2021-09-13 08:17:00

Hər birimiz vətəndaş olaraq, Iranı fars- molla rejimini boykot etməli, Cənubi Azərbaycan türk qardaşlarımızla yaxşı əlaqələr qurmalı, onları müstəqillik uğrunda mübarizədə dəstəkləməliyik. fars-molla rejimi də qoy xristian ermənilərlə qardaşlığına davam etsin.

RR 2021-09-13 05:49:37

Sabir mellim , bunu sheyximize deyin ) Iranin aqenti odu burda,,,

t.ədalət 2021-09-13 01:22:39

"İran bizə "din" qardaşı deyir,Paşazadə İran hakimiyyətinə "can" deyir,ortada Azərbaycan qalır..erməni qazanır..

Niyaməddin 2021-09-13 00:15:08

Sabir bəy, daha kəsərli danışmaq lazımdır. Bu formada danışmaq sizə yaraşmır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol