Menu

İranda zəlzələ olub

13.09.2021, 09:35
İranda zəlzələ olub

Sentyabrın 13-də İranın şimal-şərqində yerləşən Razavi Xorasan əyalətində 5,2 bal gücündə zəlzələ olub.

“Report” “Mehr” agentliyinə istinadən xəbər verir ki, məlumatı Tehran Universitetinin Seysmoloji Mərkəzi yayıb.

Zəlzələnin episentri Goçan şəhərində yerləşib. Yeraltı təkanlar 6 km dərinlikdə baş verib. Bölgəyə xilasetmə qüvvələri cəlb edilib.

Təbii fəlakət nəticəsində ölən, yaralanan və dağıntılar barədə hələlik məlumat yayılmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol