Menu

Yeni sədr əvəzi TƏBİB-in kollektivinə təqdim edilib

13.09.2021, 16:57
Yeni sədr əvəzi TƏBİB-in kollektivinə təqdim edilib

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri vəzifələrini müvəqqəti icra edən Vüqar Qurbanov kollektivə təqdim olunub.

Bu barədə "Report"un sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib.

Qeyd edək ki, TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib. Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyevin əmri ilə TƏBİB-in sədri vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti Vüqar Qurbanova verilib. O, hazırda agentliyin Tibbi iddialar departamentinin rəhbəri vəzifəsini tutur.

Şərhlər

Oxucu 2021-09-13 22:20:03

Şəki Mərkəzi Rayon Xəstəxanası Tibbi Sığortaya keçdikdən sonra .əvvəlkindən də bərbad vəziyyət yaranıb ? Yenədə əvvəlkindən də biabırkı bir şəkildə Tibbi persanalları pul amadan xəstəyə baxmayırlar, tibbi ocağı olub Bazar ? Özbaşnalıqlar tüğyan edir.... Xəstəxanada qayda-qanun yaratmaq üçün köklü kadr isahatlarına start verilməlidir ?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol