Menu

KİV: “Taliban” iki yerə bölünüb"

15.09.2021, 19:21
KİV: “Taliban” iki yerə bölünüb"

“Taliban” hərəkatı Əfqanıstanda müvəqqəti hökumət qurduqdan sonra liderləri arasında ciddi ixtilaf yaranıb.

“Report” BBC-yə istinadən xəbər verir ki, hərəkatın liderləri iki yerə ayrılaraq prezident iqamətgahında mübahisə ediblər. 

Əsasən hərəkatın banilərindən biri, ABŞ-la müzakirələrin əsas siması, hazırkı hökumətdə baş nazir müavini Əbdülqəni Bəradər ilə “Haqqani şəbəkəsi” qrupunun rəhbərlərindən qaçqınlar naziri Xəlil ər-Rəhman Haqqani arasında ciddi ixtilaf yaranıb. Bununla da yeni hökumətdə kimin daha geniş səlahiyyətlər alacağına dair ciddi fikir ayrılıqları üzə çıxıb.

Belə ki, Bəradər daha mötədil yanaşma və diplomatik üsulların, Haqqani isə güc tətbiqinin tərəfdarı kimi çıxış edir.

Şərhlər

Eli 2021-09-15 20:19:50

Siyasetde “İİngilis Barmağı” öz işini görür,ancaq bizim Müselman ölkelerinin başçıları nedense hemişe “Teleye” düşürler.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol