Menu

Mahir Emrelinin komandası "Spartak"a qalib gəldi

15.09.2021, 21:07
Mahir Emrelinin komandası "Spartak"a qalib gəldi

Azərbaycan millisinin üzvü Mahir Emrelinin də oynadığı "Legiya" (Polşa) Avropa Liqasının qrup mərhələsində ilk matçına çıxıb.

Qol.az xəbər verir ki, Varşava təmsilçisi səfərdə Moskva "Spartak"ı ilə üz-üzə gəlib və 1:0 hesabı ilə qalib gəlib. M.Emreli oyuna start heyətdə çıxıb və 82-ci dəqiqədə Tomas Pekhartla əvəzlənib.

Qeyd edək ki, "Legiya"nın yer aldığı C qrupunda "Spartak"la yanaşı, "Lester" (İngiltərə) və "Napoli" (İtaliya) də mübarizə aparır.

18:30. "Spartak" (Moskva, Rusiya) - "Legiya" (Varşava, Polşa) - 0:1

Qol: Lirim Kastrati, 90+1

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol