"Qripə qarşı peyvənd koronavirusa yoluxma riskini azaldır" - Alimlər

Niderlandın Radbaud Universitetinin Tibb Mərkəzinin alimləri qripə qarşı peyvənd olunanların koronavirusa yoluxma ehtimalının 47%, ikinci dalğada isə 50% daha az olduğunu aşkar ediblər.

"Report" xəbər verir ki, tədqiqatın nəticələri "medRxiv" nəşrində dərc edilib.

Mütəxəssislər qrip peyvəndinin müəyyən dərəcədə koronavirusdan qoruduğuna inanırlar.

Qeyd edək ki, pandemiyanın ilk dalğası zamanı alimlər Niderlandda xəstəxana işçiləri arasında araşdırma aparıblar və qrip əleyhinə peyvənd olunanlar arasında koronavirusa yoluxma riskinin digərlərinə nisbətən 47% aşağı olduğunu sübut ediblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar