Menu

İraqda PKK terrorçuları zərərsizləşdirilib

16.09.2021, 09:20
İraqda PKK terrorçuları zərərsizləşdirilib

Türkiyənin Hərbi Qüvvələri İraqın şimalında “Pençe-Şimşek” əməliyyat zonasında PKK təşkilatının terrorçularını zərərsizləşdirib.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Əməliyyata ATAK helikopterləri də cəlb edilib. Qeyd edilir ki, əməliyyat zamanı 4 terrorçu zərərsizləşdirilib.

Nazirlik İraqın şimalında terrorçulara qarşı əməliyyatların bundan sonra da qətiyyətlə davam etdiriləcəyini bildirib.

Qeyd edək ki, PKK terrorçuları 1984-cü ildən Türkiyədə bir sıra qanlı cinayətlər, terror aktları həyata keçiriblər. Nəticədə təhlükəsizlik qüvvələrinin 7 500 əməkdaşı və 6 800 dinc sakin terrorçular tərəfindən qətlə yetirilib.

Şərhlər

Mirzə Qafarlı 2021-09-16 10:19:38

Qardaş Türkiyə əsgərlərini salamlayır və terroristlərlə mübarizədə dqazandıqları uğura görə təbrik edirik.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol