BAKIDA VƏZİFƏLİ ŞƏXSLƏRLƏ BAĞLI CİNAYƏT İŞİ BAŞLANILDI - Baş Prokurorluğun məlumatı

Nəsimi rayonu MKTB-nın 14 saylı MİS-in vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı cinayət işi başlanıb. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Xidməti vəzifələrinin icrası ilə əlaqədar korrupsiya hüquqpozmalarına yol verən vəzifəli şəxslərin aşkar olunaraq cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində prokurorluq orqanlarının həyata keçirdiyi məqsədyönlü və ardıcıl tədbirlər davam etdirilir.

Belə tədbirlərdən biri kimi, Nəsimi rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinin 14 saylı mənzil istismar sahəsinin rəisi vəzifəsində işləmiş Elçin Dinayev və digərlərinin qanunsuz əməlləri barədə daxil olmuş vətəndaş müraciəti əsasında həyata keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3, 179.2.4 (mənimsəmə və ya israf etmə təkrar, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanmışdır.

Aparılmış istintaq-əməliyyat tədbirləri ilə Elçin Dinayevin 2018-2021-ci illər ərzində rəhbərlik etdiyi qurumda müxtəlif əməkdaşların işə gəlmədikləri halda sonuncuların maaş kartlarındakı məbləğləri Nəsimi rayonu ərazisində yerləşən müxtəlif bankomatlardan məxaric edərək nağdlaşdırılması yolu ilə ona etibar edilmiş ümumilikdə 23 min 449 manat pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Bundan başqa, istintaq zamanı sözügedən qurumda müvafiq olaraq mühəndis və mühasib vəzifələrində çalışmış Naidə Əhmədova və Firəngiz Zeynalovanın 2019-cu ilin fevral-mart aylarından etibarən Elçin Dinayevin razılığı ilə faktiki olaraq işə gəlməyən 2 nəfər işçinin adına olan əmək haqqı kartlarını Bakı şəhəri ərazisində yerləşən müxtəlif bankomatlardan məxaric edərək nağdlaşdırılması yolu ilə cəmi 10 min 873 manat məbləğində pul vəsaitini mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilmişdir.
Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən digər halların, cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi və məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

635x100

Şərhlər

Qanun 2021-09-18 19:23:16

Korrupsioner institut direktoru hamını arxası güclü olduğu ile hədələyir. demə onu qoruyan həqiqətən də Ramiz Mehdiyev imiş .

Azər 2021-09-16 19:16:18

Ramiz Mehdiyev AMEA-ya prezident təyin ediləndən sonra ümumiyyətlə heç bir şikayət araşdırılmır. Başları biznesə elə qarışıb ki, yazıq alimlər bəzi direktorlar tərəfindən əzilir. Elə götürək Hüquq və İnsan Haqları İnstitutunu . İnstitut Ramiz müəllim tərəfindən himayə edilir. Yəqin "Ölü canlar"ın kartlarındakı pullarda ona da çatır.

Nailə 2021-09-16 19:07:09

Bu Hüquq və İnsan Haqları İnstitutunda baş verən korrupsiya və özbaşınalıqlarla bağlı Ramiz Mehdiyevə müraciət olunsa da şikayətlərə baxılmır. O dəqiqə xanım müdir müavini rəyasət heyətinə çağırılır. Yəqin ki əli dolu gedir. Və bununla da iş bitir. Akif Əlizadənin vaxtında heç olmasa direktora bir qulaq burması verilirdi. Ramiz Mehdiyev heç bir şikayətə baxmır. Alverlə məşğul olur. Şikayətlər heç yoxlanılımır!

Cəlal 2021-09-16 11:55:18

Niyə Azərbaycanda vəzifəli şəxslərin bir-birinin ardınca (özləri də YAP üzvləri )cinayətkar olduqları ortaya çıxır.Hələ himayə olunan nə qədəri var.BUnun cavabdehliyini kim daşıyır? Onları vəzifəyə təklif və təyin edənlər,yoxsa kasıbçılığın son həddində olan sadə vətəndaşlar?

Əmir 2021-09-16 11:05:39

Eh, bu nədir ki... Yəqin ki siifarişdir. Azərbaycanda bütün idarə təşkilatlar ın rəhbərləri by üsulla işləyir. Elə götürək AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunu İnstitutun əməkdaşlarının 3-də iikisi "ölü can" dır. Kartları da baş mühasibdədir. Yəqin ki Ramiz Mehdiyevin də haqqını verir.

Son yazılar