Menu

"Saakaşvili Gürcüstana gəlməyə cürət etməyəcək" - “Gürcü Arzusu”

16.09.2021, 14:04
"Saakaşvili Gürcüstana gəlməyə cürət etməyəcək" - “Gürcü Arzusu”

“Sizi əmin edirəm ki, Saakaşvilinin oktyabrın 2-dək Gürcüstana gəlməyə cürəti çatmayacaq, o, buna risk etməyəcək”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının sədri İrakli Kobaxidze deyib.

Onun sözlərinə görə, sabiq prezident Gürcüstana gələ bilməyəcəyini deməkdən çəkinir: “Saakaşvili qorxur və buna görə də onun anonsu aktual deyil”.

Xatırladaq ki, qonşu ölkənin keçmiş prezidenti Mixeil Saakaşvili sentyabrın 6-da videomüraciət yayaraq oktyabrın 2-də ölkədə keçiriləcək yerli seçkilər üçün Gürcüstana gedəcəyini elan edib. Sentyabrın 10-da onun vətənə dönməsini dəstəkləyən xalq hərəkatı yaradılıb və təşkilatda artıq 41 min nəfər qeydiyyatdan keçib.

Şərhlər

Eli 2021-09-16 14:53:15

İnsan ne qeder şerefsiz olmalıdır ki bsşqa bir milletin başçısının qucağında oturasan ve xalqının düşmeni olasan.Ay gidi dünya.

ELSAD 2021-09-16 14:35:40

Bow daniwir.Adam xalqin desteyi ile elini-qolunu sallayaraq Polwadan Ukraynaya kecdi. O vaxt da bezi Ukrayna memurlari(ermeni DIN rehberi kimi) asib-kesirdiler.Indi Saakawvili onemli bir quruma rehberlik edir.Gurcu xalqi bu wansi qacirmasin gerek.i

Eli 2021-09-16 14:20:48

Ay fani dünya russ yalmananlar milletine dövletine gün ağlamaq isteyenlere bir paz bir engeldir.Bu hemişe bele olub.Bextiyar Vahabzade gözel deyib:Haqqa deyinibler deyesen senin.Yemin bir balaca artiq olubdur.Doğru danışanın döğru deyenin,Papağı hemişe yırtıq olubdur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol