Naxçıvan-Gəncə-Naxçıvan reysi fəaliyyətə başlayıb

Naxçıvan Beynəlxalq Hava Limanında Beynəlxalq və yerli reyslərin sayı artırılır.

"Report" xəbər verir ki, bu tədbirlərin davamı olaraq Rusiyada fəaliyyət göstərən İRAERO aviaşirkəti tərəfindən Naxçıvan-Gəncə-Naxçıvan istiqaməti üzrə ilk reys həyata keçirilib.

İlk uçuşu sentyabrın 16-da həyata keçirilən bu reys həftədə 1 dəfə cümə axşamı yerinə yetiriləcək.

Reysin uçuş müddəti 40 dəqiqədir. Naxçıvandan uçuş saat 16:10-da, Gəncədən isə saat 18-10-da baş tutacaq.

Sərnişinlər Naxçıvan şəhərində və Ordubad rayonunda yerləşən aviakassalardan bilet əldə edə bilərlər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar