Şuşada qəzaya düşən hərbi qulluqçumuz vəfat etdi - FOTO

Bir müddət əvvəl Şuşada hərbi maşının aşması nəticəsində yaralanan müddətdən artıq xidmət edən hərbi qulluqçu, Saatlının Qara Nuru kənd sakini Ülvi Xanəhməd oğlu İbrahimov vəfat edib.

Bu barədə Oxu.Az-a Qara Nuru kənd icra nümayəndəliyindən məlumat verilib.

Bildirilib ki, Ü. İbrahimov ötən gün müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

O, dünən axşam saat 22:00 radələrində Qara Nuru kənd qəbiristanlığında torpağa tapşırılıb.

635x100

Şərhlər

Xalq 2021-09-17 13:07:00

Allah rəhmət eləsin!

Son yazılar