UEFA-nın sponsorunun adı Bakıda reklam lövhəsindən çıxarıldı - SƏBƏB + FOTO

“Azərbaycanda başqa mərc şirkətlərinin reklamı qadağan olduğundan, “Bwin” şirkətinin loqosunu mətbuat konfransındakı bannerdən çıxartdırdıq. Bununla bağlı bu oyuna ezam olunmuş UEFA nümayəndəsinə müraciət etdik və bu, müsbət qarşılandı. UEFA insanların dini baxışlarına, ölkənin qoyduğu qayda-qanunlara hörmətlə yanaşır. Həmin hörmət əlaməti olaraq istəyimiz yerinə yetirildi”. Bunu Oxu.Az-a “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə deyib.

O bildirib ki, bu bukmeyker şirkətinin adı tək bannerdən yox, həmçinin oyun zamanı reklam lövhəsindən də çıxarılıb: “Stadionda sponsorların reklamlarının yayımlanması zamanı da “Bwin”in adı “play list”dən çıxarıldı”.

Qeyd edək ki, dünən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransına UEFA-nın sponsorlarından olan “Heiniken” pivə şüşələrinin yığışdırılmasından sonra daxil olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar