“POLİSİ ÇAĞIRIB DİNDİRİRƏM...” – “Mənim razılığım olmadan kim aksiya keçirə bilər?”

"Bilgəhdə mənim razılığım olmadan kim aksiya keçirə bilər? Narkomanlardan gəlib şikayət etdilər mənə, dedilər ki, hacı, biz nə edək? Mən də dedim ki, gedin nə istəyirsiz eləyin, məndən soruşan olsa, deyərəm xəbərim var".

"AzPolitika.info" xəbər verir ki, bunları keçmiş deputat Hacı Qalib Salahzadə “musavat.com” saytına müsahibəsində deyib. 

Xatırladaq ki, sentyabrın 4-də Sabunçu rayonunun Bilgəh qəsəbəsində narkomaniya əleyhinə etiraza cəhd edilib. Vətəndaşlar qəsəbə meydanında toplantı planlasa da, iştirakçıların bir qismi meydana çatmamış polis tərəfindən saxlanılaraq 14-cü polis bölməsinə aparılıb.

Hacı Qalib uzun illər bu kəndin bələdiyyə sədri və deputatı olub. Jurnalistin "Kimdir Bilgəhdə narkotik satan" sualına cavabında o, bunları deyib: "Polisi çağırıb dindirirəm, deyir ki, mən narkomanı tuturam, məhkəmə açıb buraxır. Narkomanlar böyük bir bəladır. Mən camaata necə deyə bilərəm ki, narkomanla işiniz olmasın. Mən deyə bilmərəm ki, narkomana görə mitinq eləmə. Belə çıxar ki, narkotiki mən satıram.

- Bilgəhdə hər kəsi tanıyırsız, kimdir qəsəbədə narkotik satan?

- Bilgəhə narkotiki Balaxanı kəndində narkotik satan var, o gətirir.

- Həmin şəxs kimdir?

- Mən siqaret çəkmirəm, belə şeyləri bilmərəm. Əvvəl belə idi ki, bir kəndə xəbər göndərərdin ki, bu iş belə olsun, sorğu-sualsız bilərdilər ki, yəqin belə lazımdır. İndi belə deyil. İndi uşaqlar ortaya düşüb..."

"AzPolitika.info"

635x100

Şərhlər

Kələntər 2021-09-19 10:21:14

Molla nə vaxtdan prokuror olub polisi dindirir?

Mubariz 2021-09-17 22:05:23

deməli polisin rəisi bu adamdır

Amon 2021-09-17 20:04:53

Dede babadan bele gomusuk ki polis adami cagirib da polisi de sabiq deputat cagirib dindirirse demeli sozun bitdiyi yerdeyik

Son yazılar