Menu

Azərbaycan qırıcıları Türkiyədə nümunəvi uçuşlar keçirəcək

18.09.2021, 17:41
Azərbaycan qırıcıları Türkiyədə nümunəvi uçuşlar keçirəcək

Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) bir qrup heyəti və aviasiya vasitələri “Texnofest-2021” festivalında iştirak edəcək.

Müdafiə Nazirliyindən verilən məlumata görə, sentyabrın 21-də Türkiyənin İstanbul şəhərində başlayacaq festivalda Azərbaycan tərəfindən HHQ-nin 2 ədəd MiQ-29 qırıcı təyyarəsinin nümunəvi uçuşları planlaşdırılır.

Qeyd edək ki, festival sentyabrın 26-dək davam edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol