Menu

ŞUŞADA ÇƏKİLƏN "SEVGİLİ CANAN" KLİPİ... - Fotolar + VİDEO

19.09.2021, 11:11
ŞUŞADA ÇƏKİLƏN "SEVGİLİ CANAN" KLİPİ... - Fotolar + VİDEO

AZTv Üzeyir Hacıbəyovun anadan olmasının 136-cı ildönümü ilə bağlı Şuşa şəhərində, Bülbülün ev muzeyində dahi bəstəkarın böyük şairimiz Nizaminin sözlərinə yazdığı "Sevgili canan" romansına klip çəkib.

Romansı xalq artisti Samir Cəfərov ifa edib.

Klipdə arxiv kadrlarından, Şuşanın keçmiş və indiki durumunu göstərən lentlərdən istifadə olunub. Qeyd edək ki, klipin bir çox kadrları canlı ifa zamanı lentə alınıb.

Hazırda incəsənət ustalarımızın Şuşada verdikləri konsertlər davam edir.

Bu görüntüləri çəkməyi və görməyi bizə nəsib edən ordumuza eşq olsun.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol