"Əhalinin qazancından, dolanışığından xəbərləri yoxdurmu?" - DEPUTAT

"Əvvəllər də dəfələrlə demişik: ölkənin Tarif şurasının və əlaqədar idarələrinin qiymətqoyma siyasətini başa düşmək mümkün deyildir. Bunlar hansı məntiqlə hərəkət edirlər?".

Bunu millət vəkili Sabir Rüstəmxanlı deyib.

O bildirib ki, əhalinin qazancından, dolanışıq imkanlarından xəbərləri yoxdurmu? Belə çıxır ki, gecə yatıb yuxuda nə görürlər sabah onu həyata keçirirlər:

"Yoxsa neft ixrac edən bir ölkədə benzinin qiymətinə bir ildə üç dəfə əlavə artım gəlməsi nə deməkdir? Axı yanacağın bahalaşması anındaca bazarda bütün məhsulların qiymətini qaldırır və bunu inkar etmək mümkün deyildir. Qalib bir ölkədə əhalini rəsmi dairələrdən narazı salan belə addımları atanların niyyəti nədir?".

635x100

Şərhlər

esger 2021-09-20 09:13:52

Bu aktual mövzudur, baxmayaraq ki, ondan daha aktual mövzular var misal üçün pensiya yaşı, ola bilər 60-dan yaxarı olan deputatlara bu mövzuda danışmaq həvəsi yoxdur, çünki onlar özlərini artıq pensiyaçı deputat saymaq istəmir Adətən insanlarda belə təssürat yaranıb pensiya yaşında adamı istirahətə göndərirlər Ətrafa baxın kimi istirahətə göndərirlər ? Əlbəttəki vəzifəsi olmayan insanları.Yaxşı əgər 50 yaşında, adama ixtisara salırlar, ya işdən çıxardırlar.Onu yalnız fəhləlik işi gözləyir, başqa təklif olmur, indi 15 il həmin insanlar pensiya yaşını və 200 manat haqqını gözləməlidir Niyə məmurlar, deputatlar, MSK üzvləri staj müddətindən aslı olmayaraq pensiya çıxanda maaşın ( yəni 2000-3500 manat) 80% faizini almalıdır. 40 il fəhlənin staji isə qəpik qəpik-quruşdur Bərkəm bu məsələ caamatı narahat etmir, ya da aktual deyil???

Niyaməddin 2021-09-19 23:45:58

Yaşayışımızı çətinləşdirənlərə Allah lənət eləsin!

t.ədalət 2021-09-19 22:02:40

Ölkənin iqtisadiyyatı irəliləmir.Ona görə də,hələlik qiymət artımları,cərimələr və sair yollarla vəziyyəti ört-basdır etmək istəyirlər.Bakı şəhərində zəbt olunmamış ərazi qalmayıb.İndi də Keşlə yük stansiyasının ərazisi yağmalanır.Müh.əlilləri və şəhid ailələrinə mənzil tikmək üçün yer tapmayan hökumət MTK-lara hər cür imkan yaradır.Sathasatdır.Amma nə vaxta kimi?

Rüstəmxanlı-ya 2021-09-19 19:58:43

Toxun acdan xəbəri olmaz.Bunu bilmirdiniz?

Xalq 2021-09-19 19:54:15

Tarif şurasının yaranması,tərkibi və fəaliyyəti Milli Məclisdə geniş müzakorə olunmalıdır.Bi deputaların,özlərini millət vəkili hesab edənlərin borcudur.Artıq Tarif şurasının gecələr qəbul etdiyi qərarlarfan hamı bezib.vi təklil hlğmü

Son yazılar