Dumaya seçkilərdə bülletenlərin 13 faizi sayılıb - “Vahid Rusiya” liderdir

VIII çağırış Rusiya Dövlət Dumasına seçkilərdə bülletenlərin 13 faizi sayılıb.

APA-nın Moskva müxbirinin Mərkəzi Seçki Komissiyasına istinadən verdiyi məlumatına görə, hakim Vahid Rusiya Partiyası 40,24 faiz səslə liderlik edir.

İkinci yerdə 24,28 faiz səslə Kommunist Partiyası, üçüncü yerdə 9,26 faiz səslə Liberal Demokrat Partiyası gəlir.

Builki parlament seçkilərinin sürpriz partiyası hesab olunan “Yeni İnsanlar” dördüncü pilləyə yüksəlib. Bu saata olan məlumatlar görə, Yeni İnsanlar Partiyası 7,54 faiz səslə parlamentdə fraksiya yaratmaq uğrunda əminliklə irəliləyir. 5 faizlik baryeri hələlik aşan Ədalətli Rusiya - Həqiqət Uğrunda Partiyası 6,89 səslə ilk beşliyi tamamlayır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar