Millət vəkili Etibar Əliyev “Facebook” səhifəsində Azərbaycanın qüdrətli fikir sahiblərindən olan Əhməd Ağaoğlunun "İran və inqilab" adlı kitabından bir hissəni paylaşıb.
Deputat qeyd edir ki, həmin möhtəşəm kitabda müəllif İran mövzusuna belə toxunur: "İranı min sənələrdən bəri idarə edən, ona bəzən cahanşümül bir qiymət verdirən türklərdir. Hətta bu gün də İranın dövlət adamları, komandanları, ordusu əksəriyyətlə türklərdir. Son iki əsr əsnasında İranda zühur edən dini və siyasi hərəkatlar də bixassə türklərə istinad etmişdir. İranın iqtisadi yaşayışında da türklər hakimdirlər. Beləliklə, İranın son min sənəlik tarixi həqiqətdə və doğrudan-doğruya Türk tarixinin bir şöbəsidir.
Fəqət nə çarə ki, türklər başqa yerlərdə göstərdikləri zəifliyi burada da göstərmişlər. Felən və maddətən hakim olduqları halda mənəvi hakimiyyətlərini qurmaqda qüsur göstərmişlər. Hökumət, ordu, ticarət, ziraət və hətta ədəbiyyat əllərində ikən şəxsiyyətlərinin ən canlı və ən davamlı amili olan dilləri qəbul etdirməmişlər. Tərsinə olaraq, başqalarının dillərini dövlət dili olaraq qəbul etmişlər və sahibi olduqları dövlətə türk dövləti dedirtməyə önəm verməmişlər. Bu surətlə dövlət milliləşmək qabiliyyətini qeyb etmişdir”.
E.Əliyev sonda xatırladıb ki, Əhməd Ağaoğlunun "İran və inqilab" əsərində 1500-cü ildən başlayaraq iyirminci yüzilin əvvəllərinə qədər İran adlanan ölkənin tarixi izlənilib.
“AzPolitika.info”


Şərhlər
Sehv etmiremse Şah İsmayıl Xetainin babası Uzun Hesenin hakimiyyeti dövründe Azerbaycan dili resmi olaraq Dövlet dili qebul edilib ve bu iş Şah İsmayılın vaxtında daha da ciddi nezaretde saxlanılıb o bütün eserlerini şerlerini mehz azerbaycan türkcesinde yazıb.