DİLLƏN ŞEYX, DİLLƏN!

İranın Azərbaycana qarşı mövqeyi - Ermənistana yardımları, cənubdakı azərbaycanlılar üzərindən apardığı çirkin siyasət, Azərbaycandakı etnik qrupları qarşı-qarşıya qoymaq cəhdləri və.s ölkəmizə hiddətlə qarşılanır, vətəndaşlarımız sosial şəbəkələr vasitəsilə öz etirazlarını bildirirlər.

Amma bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənin səsi hələ ki, çıxmır. İrana qarşı hər hansı bir ifadə söyləndiyi zaman vaxt itirmədən İranı müdafiə xarakterli fikir bildirən Şeyx, nədənsə Azərbaycana qarşı atılan bu qədər addımlara etirazını bildirmir.

Şeyxə fətva, Ermənistana isə maddi yardım göndərən İranın hədəflərindən biri də şeyxin doğma torpağı olan Lənkəranın daimi sakinləri olan talış qardaşlarımızı qıcıqlandırmaqdır. Ancaq şeyx bir dəfə də olsun İrana cavabını vermədi ki, talışlar bu ölkənin ayrılmaz bir parçasıdır, onların 44 günlük müharibədə qəhrəmanlıqları və vətənpərvərlikləri hər kəsə ayandır.

İrandakı ağalarından çəkinən şeyx illərdir cənubdakı soydaşlarımızın haqqarının tapdalandığını da görmür və ya görmək istəmir.

İranın illərdir Azərbaycanı narkotik yuvasına çevirməyə çalışması cümlə aləmə bəyandır. Əfqanıstandan aldığı narkotiki Azərbaycan üzərindən keçirmək istəyən,  minlərlə gəncimizi narkotik aludəçisi edərək həyatını qaraldan İrana qarşı da şeyx bir dəfə də olsun dilənmədi. Bir dəfə də olsun demədi ki, bəsdir artıq, millətimizi çirkin oyunlarınıza alət edirsiniz, bəsdir artıq, Ermənistana dəstək verirsiniz, bəsdir artıq, ölkəmizə zəhər daşıyırsınız, bəsdir artıq, cənubdakı soydaşlarımıza zülm edirsiniz.

Amma İrana və ağalarına qarşı ən adi bir etiraz olunan kimi, illərdir dili pas tutmuş şeyx, hər kəsdən qabaq fikir bildirərək onları müdafiə edir. Bu azmış kimi zaman-zaman da onlara minnət borcumuzun olduğunu dilə gətirir.

Bütün bunları görməmək üçün kor, görüb də dillənməmək üçün isə vicdansız olmaq lazımdır. Amma bu yerdə şeyxin məşhur sözünü də unutmayaq: “Mən 35 ildir şeyxülislamam, hələ vicdanın nə olduğunu bilmirəm”.

Vəkil Ceyhun Yusifov 

635x100

Şərhlər

Vətəndaş 2021-09-22 09:24:57

Ağaları kimi bu da riyakar,ikiüzlü,saman altından su yeridəndir.Minlərlə şəhidin uğrunda göz qırpmadan canını qurban verdiyi bu torpaqlarda belələrinin gəzməsi mənə çox ağır gəlir.

Eli 2021-09-21 20:23:06

Deyirem qeribe adamlar var bizde:ay qardaş me düşmüsüz Şeyximizin üstüne ağsaqqal adamdır,bu neyledin.İrandan tapşırıq geldi ki ,Şey. cavab vermek lazımdır o vavab vermedi.İnsafınız olsun da O terefden hele gösteriş yoxdur olan kimi Şeyximiz İranın layiq olduğu cavabı verecek ,bir az sebr temkin gösterin.

Tahir 2021-09-21 20:18:54

Namərdin, xaini ölkədən qovmaq lazımdır.....

Niyaməddin 2021-09-21 20:05:43

Ceyhun müəllim sizə çox böyük təşəkkür edirik, minnətdarıq. Allah sizə can sağlığı versin, sizi qorusun və sizin kimi oğulların sayını çoxaltsın. Vətən xainlərinin Allah bəlasını versin, Allahın lənəti onların bol-bol üzərinə olsun. Onlar bu millətin haqqını yedilər, qanını içdilər, haqq yolundan azdırdılar. Allah bizi qorusun. Sizin kimi insanlar partiyalar, təşkilatlar qurmalı və milləti birləşdirib xainlərə qarşı mübarizə aparmalıdır. Allah birliyimizi, bərabərliyimizi daim eləsin.

Özgür 2021-09-21 18:30:44

farsların cavabı verilməsə, deməli torbada pişik var!

Eko 2021-09-21 17:47:16

Yaddan cixir deyesen) sheyximiz , iranin sôz deyenidi ( perde arxasi

RR 2021-09-21 17:45:18

türk düçmənləri cehrnnem ofunda yanacaq ! Milletin pulunu ye , milletin côreyni ye , sorada millete qarshi cix . Allah cezasin verecek , her bir kesin , Shehidlermixin qanina boyanib , mehv olacaq bele inssnlar !!!! ( Adamlar ) yoxhaaaa ,,, insanlar

Son yazılar