Menu

Danimarka millimizə 8 cavabsız qol vurdu

22.09.2021, 00:10
Danimarka millimizə 8 cavabsız qol vurdu

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası DÇ-2023-ün seçmə mərhələsində bu gün növbəti oyununu keçirib.

Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv “ASK Arena”da Danimarka millisi ilə qarşılaşıb.

Slovakiyadan olan hakimlər briqadasının idarə etdiyi oyun yığmamızın böyükhesablı məğlubiyyəti ilə başa çatıb - 0:8.

Azərbaycan yığması qrupdakı ilk oyunda Rusiyaya uduzmuşdu – 0:2.

Azərbaycan millisinin yer aldığı E qrupunda Danimarka və Rusiya ilə yanaşı, Bosniya və Herseqovina, Malta və Monteneqro komandaları da var.

Şərhlər

Aqil 2021-09-22 11:18:49

Kişileri bele qadınları bele

Eli 2021-09-22 02:46:21

Bes niye bele “az”?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol