Bakıda 310 məktəbin hamısında əyani tədris bərpa olunub

"Bu gün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 310 məktəbin hamısında əyani tədris bərpa olunub".

"Report" xəbər verir ki, bunu İdarənin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında deyib.

Son məqama qədər təmir gedən məktəblərdə də işlərin tamamlandığını deyən M.Vəliyeva bildirib ki, həmin təhsil ocaqları da bu gün üçün şagirdlərin ixtiyarına verilib.

O həmçinin əlavə edib ki, bu il yeni tikilən 8 məktəbdən 5-də işlər tamamlanıb və istifadəyə verilib, 3 məktəbdə isə tikinti işləri davam edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar