ETİBAR PİRVERDİYEVİN OĞLU BAKIDA "AVTOŞ"LUQ EDİR - VİDEO

Bakıda sürət həddini aşan sürücü yolda təhlükəli anlar yaşadıb. 99-EP-009 dövlət nömrə nişanlı “Porsche” markalı avtomobilin sürücüsü sentyabrın 20-i paytaxtın hava limanı yolunda hərəkət edən zaman sürət həddini aşıb. Avtomobilin sürəti o qədər yüksək olub ki, bir neçə saniyəyə gözdən itib.

Avtosfer.az-ın araşdırmasına görə, “Porsche”nin sürücüsü “Azərenerji”nin sabiq rəhbəri Etibar Pirverdiyevin oğlu Elvin Pirverdidir. Qeyd edək ki, E.Pirverdi Londonda təhsil alıb və adı atasının biznes imperiyasında bir neçə dəfə hallanıb

635x100

Şərhlər

Aborigen 2021-09-24 13:47:32

Hər şey Günəş kimi aydındır! Mənim qana bilmədiyim maşın nömrəsindəki şifrədir. EP aydındır-etibar piriyev deməkdir. Bəs 99 və 009? Mənə elə gəlir ki, bu nəyinsə sayına işarədir. 99 tamamlanıb, 999 isə təzə başlayıb. Deyirəm bəlkə pulunun miqdarıdır? İnanmıram, çünki, bu məbləğlər EPüçün qəpik-quruçdur..... Əsil müəmmadı. Adamın ağlına hər şey gəlir. Bəlkə heç EP etibar pirverdiyev yox başqa şeydir? Məsələn, erməni paqos? Nə bilim vallah...

Sərxan 2021-09-24 10:38:40

bunun təqsiri heç də cavan oğıanda deyiı... məmurların oğurluğuna,büdcə yeyintisinə,.rüvətxirluqlarına və nəticədə küllü miqdarda vəsaitə sahib olmasına illərlə göz yumulub,nəzarətdə kənar saxlanıblar.Nəticədə harınlayıblar.....

Saleh 2021-09-22 16:39:33

Ola bilmez mumkun deil

vətəndaş 2021-09-22 14:45:44

Etibarın əmlakı həbs olunsaydı, oğlu piyara gəzib avtoşluq edərdi. Onun (oğulun) kələm kötüyü çatışmır.

t.ədalət 2021-09-22 14:16:33

... qanı qarışıq olduğuna görə .....

Niyaməddin 2021-09-22 13:11:23

Biz dərmana, yeməyə, uşaqlarımızın məktəb ləvazimatlarının alınmasına pul tapa bilmirik, bu qudurmuş, harınlamış məmur övladlarına baxın....

Son yazılar