Menu

"Naməlum ölümləri COVID-19-un statistikasına salmaq cinayətdir" - Musa Qəniyev

23.09.2021, 11:26
"Naməlum ölümləri COVID-19-un statistikasına salmaq cinayətdir" - Musa Qəniyev

"Hər gün sosial şəbəkələrdə kiminsə virusdan ölümü xəbəri verilir. Bu da digər insanlara güclü psixoloji təsir göstərir".

"Report" xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının müdiri, professor Musa Qəniyev deyib.

Onun sözlərinə görə, əslində ölümün səbəbi rəsmi mənbələrə istinadən yalnız patoloq-anatomun təsdiqindən sonra verilməlidir: "Naməlum ölüm səbəbləri COVID-19-un statistikasına salınmamalıdır. Bunu etmək cinayətdir. Hər bir şüurlu insan bilməlidir ki, ölüm canlı aləm üçün haqdır və qaçılmazdır. Canlı toxuma, postnatal inkişafın yaş dövrlərinə uyğun olaraq, məruz qaldığı mərhələli dəyişikliyin hər birində subhüceyrəvi genom vahidi itirərək, irsiyyətini yaşatmaq üçün sonda canlı həyata əlvida deyir. Yəni, ölüm həyatın sonu yox, yeni həyatın başlanğıcıdır. Bu ölümlər əbədi yaşam qanunudur. İnsanları qorxudub onların psixoloji sarsıntı keçirməsinə səbəb olmaqdansa, hər kəsə daha düzgün və elmə əsaslanan məlumatların verilməsi daha doğrudur".

Professor bildirib ki, COVID-19 insanları öldürmür: "İnsanları öldürən profilaktik və şəxsi gigiyenik tədbirlərə əməl olunmaması, ruhi sarsıntı, stress, gərginlik, koronavirusa görə yaranan endogen ölüm qorxusudur. COVID-19-dan qorunmanın ən sadə və etibarlı yolu - yalnız adi gigiyenik tələb və normal ünsiyyət formalarına əməl etmək və koronavirus "xofunu" birdəfəlik unutmaqdır".

Şərhlər

Niyaməddin 2021-09-23 14:08:12

Musa Qəniyevə təşəkkür edirik, Allah razı olsun sizdən! Cəmiyyət cinayətləri üzə çıxarıb, onları görə biləcək səviyyədədir. Tək dişi qalmış canavar isə pul dərdində. Şərəf və ləyaqətini pula satanların aqibəti heç şübhəsiz ki, rəzil və rüsvay olmaqdır. Hər kəs yediyi, içdiyi qidalara diqqət etməli, immun sistemini gücləndirməli, təmizliyə normal riayət etməlidir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol