Menu

“Əlimizdən gələni edəcəyik ki, İkinci Dünya Müharibəsi bir daha təkrarlanmasın" - Putin

23.09.2021, 14:23
“Əlimizdən gələni edəcəyik ki, İkinci Dünya Müharibəsi bir daha təkrarlanmasın" - Putin

“Rusiya əlindən gələni edəcək ki, Nürnberq tribunalının nəticələri unudulmasın”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin “Nürnberq prosesi: Leninqrad blokadasının taleyi və rolu” konfransının iştirakçılarına göndərdiyi teleqramda bildirib.

"Sizin görüşünüz nasist cəlladlara və onların cinayət ortaqlarına hüquqi və mənəvi hökmün çıxarıldığı Nürnberq prosesinin 75 illiyinə həsr olunub. Hitler rejiminin ən ağır cinayətlərinin təkzibedilməz sübutlarından biri, yüz minlərlə sakinin - qadınların, qocaların, uşaqların - aclıqdan, soyuqdan və davamlı bombalanmadan ölümünə səbəb olan Leninqradın blokadası idi. Ümumi borcumuz bizi ayıq olmağa və ekstremizmə, ksenofobiyaya, milli dözümsüzlüyə qarşı hər cür müqavimət göstərməyə çağıran bu böyük uğuru, keçmişin dərslərini xatırlamaqdır. Mühasirəyə alınmış, lakin fəth edilməmiş Leninqrad sakinlərinin müqavimətinə həmişə hörmətlə yanaşacağıq. Əlimizdən gələni edəcəyik ki, Nürnberq tribunalının nəticələri unudulmasın və İkinci Dünya Müharibəsi faciəsi bir daha təkrarlanmasın”, - deyə Putin vurğulayıb.

Şərhlər

V.V.Putinə 2021-09-23 18:06:41

2-ci Dünya Müharibəsinin təkrarlanmasını istəmirsənsə işğalçılıqdan əl çək! Qonşularına şikar kimi, ov kimi baxma!

RE 2021-09-23 17:24:19

Putine inanmaq olmaz ! o fasistlerdende beterdi !!

Deli Domrul 2021-09-23 14:36:47

Deməli Putin müharibə istəyir, əl altan buna hazırlaşır və bunun baş verməsinin xəlvətcə kotalizatoru olacaq. Bu Putinin köhnə taktikasıdır. Bəri başdan özünü məsuliyyətdən sıgortalıyır..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol