Menu

"Daşkəsəndə itkin düşən şəxslərə məxsus paltar, çəkmə, gödəkçə tapılıb" - DİN

24.09.2021, 11:22
"Daşkəsəndə itkin düşən şəxslərə məxsus paltar, çəkmə, gödəkçə tapılıb" - DİN

Daşkəsən rayonunda itkin düşən şəxslərin axtarışları davam etdirilir.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov deyib.

O bildirib ki, bu gün səhər saatlarında Göygöl-Kəlbəcər rayonları arasında yerləşən ərazidə Daşkəsəndə itkin düşən iki nəfərə məxsus paltar, çəkmə, uşaqlardan birinin gödəkçəsi və at sümükləri tapılıb: “Hazırda hadisə yerinə ANAMA və polis əməkdaşları cəlb edilib. Həmin şəxslərin tapılması istiqamətində Göygöl-Kəlbəcər rayonları ərazisində intensiv axtarış işləri həyata keçirilir”.

Qeyd edək ki, bu ilin iyul ayının 30-da Daşkəsən rayonunun Alaxançallı kənd sakinləri - 2010-cu il təvəllüdlü İsmət Bayramov və 2000-ci il təvəllüdlü Ülfət Rüstəmov itkin düşüb.

Şərhlər

t.ədalət 2021-09-24 15:54:58

Uşaqları vertalyot,yaxud da PUA-larla axtarmaq lazım idi.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol