Menu

Bakı dünyanın maliyyə mərkəzləri reytinqində mövqeyini yaxşılaşdırıb

24.09.2021, 16:27
Bakı dünyanın maliyyə mərkəzləri reytinqində mövqeyini yaxşılaşdırıb

Bakı şəhəri “Z/Yen Group Ltd” maliyyə və konsaltinq şirkətinin hər 6 aydan bir açıqladığı dünyanın ən böyük maliyyə mərkəzləri reytinqində pillə irəliləyək 105-ci yeri tutub.

“Report” “The Global Financial Centres Index 30” hesabatına istinadən xəbər verir ki, Azərbaycan paytaxtı, reytinqdə 22pillə geriləyərək 110-cu pilləyə enmiş Sankt-Peterburq (Rusiya) və 13pillə geriləyərək 109-cu yerdə qərarlaşmış Tehran (İran) şəhərlərini arxada qoyub.

Reytinqdə I pillədə hələ də ABŞ-ın Nyu-York şəhəridir. O, II pillədəki London şəhərini (Böyük Britaniya) 22bənd qabaqlayır.

III pilləyə yüksəlmiş Honkonq Böyük Britaniyanın paytaxtından 24bənd geri qalır. İlk onluğa həmçinin Sinqapur, San-Fransisko (ABŞ), Şanxay (Çin), Los-Anceles (ABŞ), Pekin (Çin), Tokio (Yaponiya) və Paris (Fransa) daxildir. Siyahıda 15pillə irəliləmiş Moskva (Rusiya) reytinqdə 50-ci, Nur-Sultan (Qazaxıstan) 75-ci, Almatı (Qazaxıstan) 83-cü yerlərdədir.

Son reytinq 12,86mindən çox respondentin rəyi əsasında tərtib edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol