Menu

Avropada elektrik enerjisinin bahalaşmasının səbəbi açıqlandı

26.09.2021, 19:28
Avropada elektrik enerjisinin bahalaşmasının səbəbi açıqlandı

“Avropada enerji böhranı Rusiya qazının qiymətinin artması və ekoloji cəhətdən təmiz enerji mənbələrinə keçiddən qaynaqlanır”. “Report” xəbər verir ki, bunu Avropa İttifaqının daxili bazar məsələri üzrə komissarı Tyerri Breton bildirib.

“Bir çox bərpa olunan enerji mənbələrimiz var, ancaq Avropada son 6 həftə ərzində külək olmadığını öyrəndim. Gözlənildiyindən xeyli az elektrik enerjisi istehsal edilib”- Breton bildirib.

O qeyd edib ki, elektrik enerjisinin qiymətinin artmasının ikinci səbəbi bəzi ölkələrin, xüsusən Almaniyanın Rusiya qazından həddən artıq asılılığıdır.

Şərhlər

Vəli 2021-09-26 19:38:00

Sag ol, Azpolitika! Ayının ( oxu: Tarif Şurasının) yadına daş salırsan.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol