Menu

İsrail səfirliyində Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib

27.09.2021, 13:07
İsrail səfirliyində Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib

İsrailin Azərbaycandakı səfirliyində Vətən müharibəsi şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Bu barədə “Report” İsrail səfirliyinə istinadən xəbər verir.

“Bu gün, Anım günündə səfir Corc Dik və səfirliyin əməkdaşları Azərbaycan xalqı ilə həmrəylik əlaməti olaraq müharibə şəhidlərinin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər. Biz regionda sülh üçün dua edir və həlak olanların ailələrinə baş sağlığı veririk”, - səfirliyin tviterdəki paylaşımında deyilir.

Şərhlər

Qabil Hüseynli 2021-09-27 13:26:05

Bəli, kifayət qədər örnək ola biləcək addımdır. Var olun

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol