Utiklər nə zaman Amerikaya köçüblər?

İlhami Cəfərsoy

Tarixin uzaq əsrlərindən baxanda vətən məfhumu nisbidir. İllərlə güclülər məhsuldar vadiləri ələ keçirmiş, zəiflər susuz səhralara, dağlara qovulmuşlar. İnsanlar ölüm başlarının üstünü alanda dünyanın bu başından o başına köçüb getmişlər. 

İndi udin adlandırılan utiklər də Ön Asiyanın qədim etnoslarından biri idilər. Onlar Urmiya gölünün şərqindən Finikiyaya, Misirə köçdülər (Трачевский 1889.s.58), Aralıq dənizində güclü donanma yaradıb. Tunis şəhəri yaxınlığında yurd saldılar. O zaman hələ Karfagen şəhəri salınmamışdı (Масперо 1911.s.480; Тураев 1913.s.12).

Karfagen şəhər-dövləti güclənəndə onlar samilərlə qanlı döyüşə başladılar. Uzun döyüşlərdən sonra iki yerə bölündülər. Az bir qismi İtaliyada yurd saldı. Çoxu gəmilərlə üzüb keçərək Amerika qitəsinə gəlib çıxdı.

Bizim tarix elmimiz xalqımızın keçmişini balaca Azərbaycan ərazisində öyrənməyə çalışır. Bu da etnik tariximizin və etnogenezimizin bir çox məqamlarını aşkara çıxarmaq üçün yetərli deyil. Bizim əcdadlarımız yalnız Cənubi Qafqazın yox, Ön Asiyanın, Aralıq dənizi hövzəsinin arxaik mədəniyyətlərinin yaradıcılarıdır.

Xüsusilə maraqlıdır ki, Appenin yarımadasında yurd salan utiklərin Utili Katon adlı şairi olmuşdur. Utili Katon Publi Maron Vergilinin çağdaşı idi (Энеида 1933.s.18). Bu məlumat onu göstərir ki, utiklər yalnız Albaniyanın xristian ədəbiyyatının yaradıcılarından biri deyillər. İtaliyanın klassik poeziyasının yaradıcılarından biridirlər.

Vətəndaş müharibəsi illərində Amerikada həkim işləyən Otto Reriq görmüşdü ki, Mayya və Hindu qəbilələri arasında özlərini Ute adlandıran etnik icmalar yaşayırlar.

Otto Reriq həmin utelərin dilində yüzlərlə türk sözlərini görəndə təəcübləndi. Görkəmli tatar alimi, o zaman Peterburqda işləyən İbrahim Xalfinə məktublar yazaraq ondan məsləhət aldı.

Ancaq 1917-ci ildə Rusiyada baş verən inqilab işləri yarımçıq qoydu. Aradan çox illər keçəndən sonra digər bir tatar alimi Abrar Karimullin Peterburq kitabxanasının nadir nüsxələr fondundan Otto Reriqin məktublarını tapdı və mayya-utik-türk dil əlqaələrini öyrənməyə başladı (АбрарКаримуллин 1974.s.3-76).

Amerika alimləri Otto Reriq, Gene D. Matlock utik-türk dil əlaqələrini öyrənirlər (Gene D. Matlock 2015.s.3-96), biz isə yüz dəfə deyilmiş fikirləri təkrar edə-edə elmlər doktoru, professor oluruq. Deyirik ki, utiklər, albanlar yaranışdan qafqazdilli olublar.

Utiklərin qalıqları indi də Meksikada yaşayır və özlərini Ute adlandırırlar. Onların folklorunda nə zamansa okeanı üzüb Amerikaya gəlmələri haqqında rəvayətlər qalmaqdadır (Gene D. Matlock 2015.s.165, 293).

Utiklər nə zaman Aralıq dənizi hövzəsindən Amerika qitəsinə köçüb getmişlər? Qədim Aramey mətnlərinə, Finikiya ədəbiyyatı nümunələrinə istinadən qeyd etmək olar ki, onların köçü Karfagenin güclənməsindən sonra baş vermişdir.

Troyanın süqutundan – eradan əvvəl 1334-cü ildən sonra Ön Asiyanın bir çox etnosları, o cümlədən utiklər Afrikanın şimal-qərbinə köçdülər. Fikrimizcə, onlar e.ö. IX əsrdən qabaq Cəbəl-üt-tarix boğazını keçiblər. Çünki hələ e.ə. X əsrdə Tunis yaxınlığında yaşayırdılar (Тураев 1913.s.12; Масперо 1911.s.480).

Utiklər Aralıq dənizi hövzəsindən çox qabaq Fərat çayı ilə Urmiya gölü arasında yaşayırdılar. Onlar o zaman Utu adlı günəş və ya od tanrısına tapınırdılar. İ.M.Dyakonova görə Utu Şumerə qədərki Fərat tanrılarından biridir (Дьяконов 1990.s.40, 147).

Utuxa, yəni günəşə şumerlər də tapınırdılar. Çumer dilində Utu am günəş kimi doğulmaq deməkdir. Utu və am, yəni günəş və qadın sözləri bu gün də türk dillərində işlənir.

Utik nəslinin hakimlərindən biri Utux e qal titulu daşıyırdı. O, eradan əvvəl 2103-cü ildə Kuti hökmdarı Tirikanı öldürüb, Şumer və Akkad çarlıqlarını birləşdirdi (Дьяконов 1954.s.24; Дьяконов 1990.s.40, 147). Şumer və Utik dillərindəki e ev, qal böyük deməkdir. E qal hər iki dildə böyük evlərə, saraylara, məbədlərə deyilirdi. E Azərbaycan dilindəki ev, qal qala sözlərinin köküdür.

Voroşil Qukasyan yazır ki, udinlər Albaniyaya Misirdən gəliblər (Voroşil Qukasyan 1984.s.16). Əslində isə onlar yuxarı Fərat çayı boyundan hərəkət edib Şumeri, Finikiyanı, Misiri tutmuş, oradan Qafqaza qovulmuşlar.

Utiklərin yeni yurdu eradan əvvəl VIII əsrə aid Urartu mixi yazılarında Ut adlandırılır (Марр, Орбели 1922.s.59). Yaqut Həməvi yazır ki, Ut Aranın bir şəhəridir. Həmin şəhər xilafətin dönəmində Salman ibn-Rabiə əl-Baxili tərəfindən işğal olundu (Йакут ал - Хамави 1983.s.33).

Bundan sonra utiklər bir az da şimala Albaniya ilə İberiyanın arasına çəkildilər.

İ.İ.Şopen alban və erməni salnaməçilərinə istinadən yazır ki, utiklər Cəsur Aranın nəslindəndilər (Шопен 1866.s.55). Əslində isə onlar Aran nəslindən deyildilər. Samilərə məğlub olandan sonra Aran alplarının qanadları altına sığınmışdılar. Musa Xorenliyə görə Kür və Araz çaylarının arasında yerləşən Utik Aranın bir vilayətidir (Хоренский 1809.s.231; Еремян 1958.s.303).

Əsgər ağa Goranı 1875-ci ildə “Əkinçi” qəzetində çap etdirdiyi məqaləsində yazır ki, Gürcüstanda Ud adlı tayfa yaşayır. Onların dilində çoxlu Misir sözləri var.

Biz Amerika uteləri ilə Albaniya utilərinin dilini müqayisəli şəkildə araşdırsaq, orada türk və yəhudi sözləri ilə yanaşı kopt sözlərini görə bilərik. Çünki utilər Amerikaya köçməzdən qabaq Misirdə və Fələstində yaşamışdılar.

Utiklərin bir hissəi də Sinay dağının ətəyində Qırmızı dəniz sahilində yurd salmışdı. Xristianlıqdan sonra onlar orada Müqəddəs Katerina monastırını tikdilər. Monastırdan tapılan perqament Udin dilinin köməyi ilə oxunmuşdur.

Perqamentin dili sami dillərinin təsiri ilə qrammatik quruluşunu dəyişmiş prototürk dillərindən biridir. Ancaq leksik fondu türk sözləri ilə zəngindir.

Perqamentdə qalaya kalak, biləyə kul, qardaşa qar, allaha tanqri, buğa bütünə buxacuq və s. deyilir (Zaza Aleksidze 2003.s.73,87,89,122,125). Bunlar hamısı türk sözləridir.

Biz Otto Reriqin İbrahim Xalfinə yazdığı məktubların surətini əldə etməli, Kazan alimləri ilə birlikdə Amerika və Albaniya utiklərinin dilini elmi tədqiqatın obyektinə evirməliyik.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar