Menu

“Saakaşvili Gürcüstana ayaq basan kimi həbs olunacaq” - Baş nazir

28.09.2021, 11:46
“Saakaşvili Gürcüstana ayaq basan kimi həbs olunacaq” - Baş nazir

“Mixeil Saakaşvili artıq 8 ildir Gürcüstana gələcəyini deyir, lakin o, gələ bilməyəcək, çünki qorxaqdır”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, sabiq prezident Gürcüstanda həbs olunacağını yaxşı bilir: “Onun yeganə vəzifəsi və məqsədi ölkəmizdə xaos və qeyri-sabitlik yaratmaqdır. Saakaşvilinin məqsədi və istəyi hakimiyyətə qayıtmaqdır ki, bu, onun və komandasının əlçatmaz arzusudur”.

Baş nazir bildirib ki, Saakaşvili ölkəyə ayaq basan kimi həbs olunacaq: “Bu prosesə müqavimət göstərən istənilən şəxs qanuna müvafiq şəkildə cəzalandırılacaq”.

Qeyd edək ki, ötən gün M.Saakaşvili oktyabrın 2-nə Tbilisiyə bilet aldığını elan edib.

Şərhlər

t.ədalət 2021-09-28 12:37:35

Öz xalqına doğmalığı və milli mücadilə yolunda fədakarlığı ilə seçilənlər cismən həbs olunurlar,mənən onlar həmişə azadlıqda olurlar.Zalımların tədbiri özlərinə qarşı təhdidlərin başlanğıcıdır.

Veteran 2021-09-28 11:59:13

Saakaşvili KİŞİ adamdır.Dedisə gələcək.Sözünün ağasıdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol