NATO-nun 5 gəmisi Gürcüstan limanlarındadır

NATO-nun mina əleyhinə ikinci daimi bölməsi (SNMCMG 2) sentyabrın 28-də Gürcüstanın ərazi sularına daxil olub və orada onları Gürcüstan DİN-in polis sərhəd xidməti Departamentinin gəmiləri qarşılayıb. Dəstə 5 minaaxtaran gəmindən ibarətdir.

DİN mətbuat xidmətinin informasiyasına görə, bölmənin tərkibinə İspaniyanın (flaqman), İtaliyanın, Bolqarıstanın, Rumıniyanın və Türkiyənin hərbi-dəniz gəmiləri daxildir. Dəstənin komandiri birinci dərəcəli kapitan Harver Qanee de Pradodur.

«NATO-nun ikinci daimi mina əleyhinə bölməsinin səfəri açıq şəkildə Şimali Atlantika Alyansı tərəfindən Gürcüstanın NATO-ya üzvlük dəstəyini təsdiqləyir. Gürcüstan və NATO-nun sıx əməkdaşlığı Qara dənizin təhlükəsizliyini möhkəmlədir və bölgədə sabitliyə xidmət edir» - DİN-də xəbər verirlər.

Səfər çərçivəsində Qara dənizdə Gürcüstan sahil mühafizə xidməti Departamentinin və NATO hərbi-dəniz bölməsi gəmilərinin birgə təlimi keçiriləcək. Təlimlərin məqsədi NATO və Gürcüstan operativ hərbi-dəniz qüvvələrinin birgə fəaliyyəti və ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsindən ibarətdir.

NATO hərbi-dəniz qüvvələrinin Gürcüstan limanlarına səfərləri müntəzəm xarakter daşıyır, ölkə hakimiyyəti onları əməkdaşlığın hiss olunacaq nəticələrindən biri adlandırır.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar