Menu

Sloveniya "Johnson & Johnson" peyvəndindən imtina edib

30.09.2021, 00:17
Sloveniya "Johnson & Johnson" peyvəndindən imtina edib

Sloveniyada gənc qızın vaksin edildikdən sonra öldüyü üçün "Johnson & Johnson" peyvəndinin istifadəsini dayandırıb. "Report" xəbər verir ki, bu barədə Sloveniya Səhiyyə Nazirliyinin saytında məlumat yayılıb.

Nazirliyin məsləhətçi qrupun üzvləri vəziyyət aydınlaşana qədər bu vaksinin istifadəsini dayandırmağı tövsiyə edib.

Bundan əvvəl amerikalı aktyor, komediyaçı və rejissor Kris Rok "Johnson & Johnson" dərmanı ilə vaksin edildikdən sonra koronavirusa yoluxduğunu söyləmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol