TÜRKİYƏ HƏRBİ SƏNAYESİNİN YENİ UĞURU... - Suda üzür, hər cür maneəni aşır, kəşfiyyat aparır... + VİDEO

Türkiyənin hərbi sənayesi pilotsuz döyüş sistemlərinin işlənib hazırlanması və tətbiqi sahəsində daha bir nailiyyət ortaya qoyub. virtualaz.org xəbər verir ki, ötən gün Türkiyənin Milli Müdafiə Nazirliyi özünün rəsmi Twitter səhifəsindən “ACROB” pilotsuz yerüstü maşınların (insansız kara araçları-İKA) quru qoşunlarının silahlanmasına daxil edildiyini açıqlayıb.

Məlumatda deyilir ki, “Acrob” İKA-ları döyüş əməliyyatları zamanı personal arasında itkilərin azaldılması, təhlükəli, girilməsi mümkün olmayan bölgələrdə kəşfiyyat və müşahidə aparılması, düşmən atəşi altındakı riskli bölgələrdə döyüş vəzifələrinin daha asan yerinə yetirilməsi üçün nəzərdə tutulub.

Bu robotlar suda üzmək, çətin maneələri dəf etmək, pilləkənlərlə qalxmaq qabiliyyətinə malikdir, uzaqdan komanda ilə idarə olunur.

Yerüstü pilotsuz maşın Ankarada mənzillənmiş “Elektroland Defense” firması tərəfindən işlənib hazırlanıb. Beləliklə, Türkiyə öz silahlanmasına yerüstü insansız sistemləri daxil olan bir neçə ölkədən biri olub.

“Elektroland Defense” firması həmçinin “Acrob” robotlarının əllə atıla bilən, kəşfiyyat və müşahidə aparılması üçün nəzərdə tutulmuş mini versiyasını da işləyib hazırlayıb. Bu robotlar 600 metrə qədər məsafədən idarə edilə bilir, 5 kiloqram ağırlığındadır və çətin keçilən relyeflərdə, sığınacaqlarda, mağaralarda hərəkət edir.

Xatırladaq ki, Türkiyə pilotsuz uçan aparatlar və döyüş PUA-ları sahəsində sürətlə dünya liderlərindən birinə çevrilməkdədir.

635x100

Şərhlər

Niyaməddin 2021-09-30 15:21:26

Türkiyəmizi təbrik edirik, Allah hər sahədə sizi müzəffər qılsın.

Son yazılar