Bu gün səhər saatlarında həyat yoldaşını öz tabel silahı ilə güllələyib öldürən polis əməkdaşı İsmayıl Məmmədov şəhid oğludur.
Musavat.com-un məlumatına görə, İsmayıl Məmmədovun atası Vaqif İsmayılov Birinci Qarabağ Müharibəsi şəhididr. Vaqif İsmayılov 1992-ci ildə Qarabağda gedən döyüşlərdə şəhid olub.
Məmmədovlar ailə əslən Xocalıdandır. İsmayıl Məmmədovun bir neçə il öncə polis sıralarına atası şəhid olduğu üçün götürüldüyü deyilir.
Xatırladaq ki, sentyabrın 30-da səhər saatlarında Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədov xidmətdə olarkən həyat yoldaşı Xanım Məmmədovanı ailə münaqişəsi zəminində güllələyərək öldürüb.


Şərhlər