Ağabəy Məmməd oğlu Əsgərov “Azərbaycan” nəşriyyatının baş direktoru vəzifəsindən azad edilib.
"Report" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, A.Əsgərov 2005-ci ildən "Azərbaycan" nəşriyyatının baş direktoru vəzifəsində işləyib.


Şərhlər
Ağabəy Ağcabədinin, Şamxorun birinci katibi, sonra kənd təsərrüfat naziri olmuş, Sosialist Əməyi Qəhrəmanı Məmməd Əsgərovun oğludur. Əvvəl yaxşı idi, təmiz işləməyə meyilli idi. Sonra Əli Həsənova qoşuldu hər şeyi korladı.
Hiss olunur ki,Cənab Prezident zamanın hisinə-pasına bulaşmış,ölkə vətandaşları arasında ayrı-seçkiliyi tətikləyən dəstəni,yavaş da olsa arxivə göndərir.Azərbaycanın gələcəyinin cavan və saf milli kadrlarla quurulacağına getdikcə inam güclənir.Biz,Türkiyəyə doğru,ancaq və ancaq milli kadrlarla irəliləyə bilərik.Qanı bulaşıq, türkçülüyə düşmən olanlarla yol davam edə bilməz.