Menu

ÖTƏN İL BU TARİXDƏ: Vətən müharibəsinin 7-ci gününün xronikası + VİDEO

03.10.2021, 11:33
ÖTƏN İL BU TARİXDƏ: Vətən müharibəsinin 7-ci gününün xronikası + VİDEO

2020-ci il oktyabrın üçü. Şəhidlərimizin və qazilərimizin qanı, canı bahasına qazandığımız müharibənin 7-ci günü.

Suqovuşanda Azərbaycan bayrağı qaldırılır. Yerin tarixi adı da bərpa edilir. Məhz bundan sonra kənd Madagiz yox, Suqovuşan adlandırılır.

Suqovuşanın azad edilməsi Azərbaycan ordusunun əks-hücum əməliyyatlarını daha da genişləndirilməsinə imkan yaradır.

Haqq savaşımızın 7-ci günündə rəşadətli Azərbaycan Ordusu torpaqlarımızın azad edilməsi yolunda yeni tarix yazır.

Qəhrəman hərbçilərimiz Tərtər rayonunun iki, Füzuli rayonunun bir, Cəbrayıl rayonunun isə beş kəndini düşmən tapdağından azad edir.

Ətraflı Baku TV-nin videosunda:

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol