Menu

Bakıda güclü yanğın: sakinlər təxliyə edildi

26.10.2014, 19:30
Bakıda güclü yanğın: sakinlər təxliyə edildi

Bakıda hündürmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib.Musavat.com FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, bu gün günorta saatlarında Bakı şəhəri, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində yerləşən, vətandaşa məxsus ümumi sahəsi 70 kv. m olan 3 otaqlı mənzilin 2 otağı, dəhlizinin yanar konstruksiyaları və ev əşyaları 38 kv. m sahədə yanıb, digər otaqda olan əşyalar isə yüksək temperaturdan qismən əriyib.

14-cü mərtəbədə isə digər vətandaşa məxsus ümumi sahəsi 70 kv. m olan 3 otaqlı mənzilin pəncərə çərçivələri 8 kv. m sahədə yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən yuxarı mərtəbələrdən 20 nəfər bina sakini təxliyə olunub.

Hər iki mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub. Yanğın saat 13:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol