Menu

“Gürcüstan-Azərbaycan-Türkiyə dostluğu davam edəcək” - Müdafiə naziri

05.10.2021, 14:41
“Gürcüstan-Azərbaycan-Türkiyə dostluğu davam edəcək” - Müdafiə naziri

“Gürcüstan, Azərbaycan və Türkiyə arasında dostluq və qarşılıqlı dəstək gələcəkdə də davam edəcək”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze deyib.

Onun sözlərinə görə, koronavirus pandemiyasına baxmayaraq, türkiyəli və azərbaycanlı hərbçilər Gürcüstanda keçirilən “Noble partner” və “Agile Spirit” təlimlərində iştirak ediblər.

C.Burçuladze Azərbaycanın və Türkiyənin müdafiə nazirləri – general polkovnik Zakir Həsənov və Hulusi Akara ikitərəfli və üçtərəfli məhsuldar görüşlərə görə minnətdarlığını bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol